Türkiyə kosmik sahədə Azərbaycanla əməkdaşlıq edəcək

A- A A+

Türkiyə kosmik sahədə 3 ölkə ilə müqavilə imzalayıb. Azərbaycan və Pakistanla da bu sahədə əməkdaşlıq sazişləri isə imzalanma mərhələsindədir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank deyib.

Qeyd edək ki, Türkiyə kosmik sahədə strateji proqram qəbul edib. Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 9-da Milli Kosmos Proqramının hədəflərini açıqlayıb. Yeni nəsil milli peyklər istehsal etmək, kosmosla əlaqə qurmaq, kosmik liman yaratmaq kimi mühüm sahələrdən ibarət proqramı açıqlayan dövlət başçısı bildirib ki, əsas hədəf türk insanını Aya göndərməkdən ibarətdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: