Brauzerləriniz sizi izləyir

A- A A+

Reklamları bloklayan “AdGuard” proqramının tərtibatçıları milyonlarla istifadəçidən məlumatları toplayan bir neçə mobil tətbiq və brauzerlər üçün genişlənmələr aşkar ediblər.

NUHÇIXAN-ın Lenta.ru.saytına istinadən məlumatına görə, smartfonların sürətini artırmaq və brauzerlərdə reklamları bloklamaq üçün onlarla proqram “Big Star Labs” adlı tərtibatçıya məxsusdur. Bu proqramlar onlayn mağazalarda müxtəlif qeydiyyatlar altında izlənir və olduqca təhlükəlidirlər.

Məsələ burasındadır ki, onlar şəxsi məlumatları toplayırlar. Baxmayaraq ki, onların xüsusiyyətində bu qeyd edilməyib. Həmçinin onlar zərərverici proqram təminatı kimi fəaliyyət göstərir və cihazın idarə edilməsi üçün kənar profili yükləməyi təklif edirlər.

Ümumilikdə casus proqramlarını artıq 11 milyondan artıq şəbəkə istifadəçisi yükləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: