“Apple” şirkəti yeni smartfonlarının adlarını sadələşdirmək niyyətindədir.
NUHÇIXAN “AppleInsider” portalına istinadən məlumatına görə, “Guggenheim Securities” konsaltinq şirkətinin analitiki Robert Sixr bildirib ki, modellərinin adından rəqəmlər çıxarılacaq. Mümkündür ki, flaqman cihazların adlarında X hərfi saxlanıla bilər. Qalanları isə sadəcə, “iPhone” adlanacaq. Analitik qeyd edib ki, belə bir addım bütün istehsalın unikallığını vurğulayır. Bundan əvvəl şirkət heç bir əlavə dəqiqləşdirmə aparmadan kompüter və planşet istehsal edib ki, onlar da “MacBook” və “iPad” adlanıb. Mütəxəssis qeyd edib ki, bu yeniliklər istifadəçilərə heç bir təsir etməyəcək.