Süni intellekt ilk dəfə olaraq pyes yazıb

200

GPT-2 süni intellekt sistemi tədqiqatçıların rəhbərliyi ilə pyes yazmağa nail olub.

NUHÇIXAN İnformasiya Agentliyi “Sciencemag” jurnalına istinadla xəbər verir ki, İlon Maskın “OpenAI” kompaniyası tərəfindən hazırlanan GPT-2 sistemi internetdə əlçatan olan informasiyanın filtrasiyası hesabına mətni generasiya edən kompüter modelidir. Əvvəl bu texnologiya hekayə və şeirlərin yazılması üçün istifadə olunub.

Tədqiqatçılar pyesin yazılması prosesini işə salmaq üçün proqrama iki dialoq təklifi daxil edib. Sonra süni intellekt informasiyanı hesablayaraq 1000 sözlük əlavə mətn hazırlayıb.

Məntiqi və ya faktiki uyğunsuzluqlar aşkar olunduqca hadisəyə müdaxilə edilsə də, pyesin yekun ssenarisinin 90 faizinə düzəliş olunmadığı bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: