“Instagram” canlı yayımda iştirak edənlərin sayını artırıb

A- A A+

"Instagram" sosial şəbəkəsində istifadəçilər öz canlı yayımlarına 3 nəfərədək insanı qoşa biləcəklər. "Live Rooms" adlı yeni funksiya martın 1-dən əlçatan olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeni funksiya istifadəçilərə öz auditoriyası ilə qarşılıqlı əlaqə qurmaq, həmçinin tok-şoular keçirmək imkanı yaradacaq. Bundan başqa daha bir gəlir əldə etmə üsulu olacaq.

"Biz "Instagram" sosial şəbəkəsində canlı yayımda üç nəfərin iştirakına imkan verən "Live Rooms" funksiyasını təqdim edirik. Əvvəllər canlı yayımda yalnız bir nəfərin iştirakı mümkün idi, amma indi üç nəfərin iştirakı mümkündür", – deyə sosial şəbəkənin məlumatında bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: