“Google” apreldə istifadəçilər üçün internetdə yeni məxfilik nəzarət sistemini təqdim edəcək

A- A A+

"Google" şirkəti apreldə "Chrome" brauzeri üçün yeni məxfilik nəzarət sisteminin ilk versiyasını tətbiq edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə reklam sahəsi üzrə məxfiliyə cavabdeh olan Devid Temkin şirkətin bloqunda yazıb.

"Chrome apreldə yeni məxfilik nəzarət sisteminin ilk versiyasını təqdim edəcək və gələcəkdə onu genişləndirəcək", - deyə o qeyd edib. Bildirib ki, "Google" ikinci rübdə elan verənlərlə birgə "cookie" ("kuki" – vebserver tərəfindən göndərilmiş və istifadəçinin kompüterində saxlanılan kiçik həcmli məlumatdır) fayllarının istifadəsindən imtinaya imkan verəcək "FLoC" alqoritmini sınaqdan keçirməyə başlayacaq. Sistem ayrı-ayrı insanların məlumatlarını ayırmayacaq, bunun əvəzində oxşar üstünlüklərə malik istifadəçilər qrupunu formalaşdıracaq ki, bu da hər bir konkret istifadəçinin məlumatlarının anonimliyini saxlamağa imkan verəcək, elan verənlər isə öz məhsul və xidmətlərinə uyğun gələn reklamın göstərilməsi üçün ümumi təsəvvür əldə edəcəklər.

Şirkət, həmçinin gələcəkdə istifadəçilərin şəxsi məlumatlarının toplanılması üçün yeni sistemlər hazırlamayacaq. "Biz "cookie" fayllarından istifadə dayandırılan kimi ayrı-ayrı insanların izlənilməsi üçün alternativ eyniləşdirmə vasitələri yaratmayacağımızı və öz məhsullarımızda istifadə etməyəcəyimizi bildiririk", – deyə D.Temkin qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: