“TESS” kosmik teleskopu fəaliyyətə başlayıb

A- A A+

Bu ilin aprelində “SpaceX” şirkətinin “Falcon 9” raketdaşıyıcısı vasitəsilə kosmosa buraxılan və ekzoplanetlərin axtarışı üçün nəzərdə tutulan “TESS” (Transiting Exoplanet Survey Satellite) kosmik teleskopu rəsmən fəaliyyətə başlayıb. Bu barədə ABŞ Kosmik Agentliyinin (NASA) saytında deyilir.

NUHÇIXAN xəbər verir ki, “TESS” teleskopu yanacağın bitməsinə görə istismar müddəti sona çatan “Kepler” teleskopunu qismən əvəz edəcək. “TESS” teleskopu “Kepler” kimi, ekzoplanetlərin axtarışında tranzit fotometriya metodundan istifadə edəcək. Yeni missiyanın əsas fərqi ondan ibarətdir ki, alimlər 300 işıq ili məsafəsində yerləşən obyektləri tədqiq edəcəklər. “Kepler” isə ulduzları 3 min işıq ili məsafəsində öyrənib.

Məlumata görə, “TESS” 600-1000 nanometr spektral diapazonda işləyən 16,8 meqapiksel təsvir ölçülü matrisaya malik 4 teleskopla təchiz edilib. Teleskopların hər birinin əhatə dairəsi 24x24 dərəcə təşkil edir və onlar elə yönəldilib ki, birlikdə uzadılmış zolaq şəklində vahid görünüş dairəsi yaradırlar. Teleskop 27 gündən bir müşahidə zonasını dəyişəcək və ikiillik əsas missiya çərçivəsində göy qübbəsinin 85 faizini əhatə edən xəritə yaradacaq.

Mayda “TESS” ilk - sınaq çəkilişi edərək Yerə onun şəklini göndərməsinə baxmayaraq teleskop iyulun 25-də rəsmən fəaliyyətə başlayıb. Teleskopun ilk müşahidə məlumatlarını avqustda göndərəcəyi və gələcəkdə Yerlə aparat ona yaxın olan zaman 13,5 gündən bir əlaqə saxlayacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: