İnstaqramda problem yaranıb

A- A A+

ABŞ-da və bir sıra başqa ölkələrdə instaqram sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məşhur internet-resursların işini izləyən “Downdetector” xidmətinin saytı məlumat yayıb.

Nasazlıqdan şikayət edən Amerika istifadəçilərinin 62%-i xəbər lentinə daxil olmaq problemlərindən şikayət ediblər. Sosial şəbəkə istifadəçilərinin 24%-i instaqrama daxil ola bilməyiblər.

Nasazlıqlardan həmçinin Böyük Britaniya, Kanada, Niderland və Almaniyadan olan sosial şəbəkə istifadəçiləri şikayət edirlər. Lakin bu ölkələrdən şikayətlər bir qədər azdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: