MAKS-2021 beynəlxalq aviasiya sərgisində dünyada ilk elektrik mühərrikli təyyarə nümayiş olunacaq. Hava nəqliyyatı vasitəsi Rusiyanın S.A.Çaplıqin adına Sibir elmi-araşdırmalar institutunun mütəxəssisləri tərəfindən hazırlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dünyanın ilk elektrik mühərrikli təyyarəsi Yak-40 modeli bazasında yığılıb.
Ekspertlərin sözlərinə görə, təyyarədə tətbiq olunan elektrikli texnologiyalardan vertolyotlarda da istifadə etmək olar.