“WhatsApp” messencerində mesajlar üçün vacib funksiyaya dəyişiklik ediləcək

A- A A+

Populyar “WhatsApp” messencerinin tərtibatçıları mesajların avtomatik silinməsi seçiminə dəyişlik etməyi planlaşdırırlar. Bu haqda “WABetaInfo” saytı məlumat verib.

NUHÇIXAN İnformasiya Agentliyi “ria.ru” saytına istinadən yazır ki, mesajların göndərilməsindən 24 saat sonra onların avtomatik silinməsi imkanı istifadəçilərə təklif ediləcək. Bu funksiya həm şəxsi, həm də qrup çatlarında əlçatan olacaq.

İndi “WhatsApp” messencerinin tənzimləməsində mesajların yalnız 7 gündən sonra avtomatik silinməsi imkanını seçmək mümkündür. Bu halda mesajlar həm göndərən, həm də onu alan tərəfdə silinir.

Yeni funksiya hələ ki beta test mərhələsindədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: