Dövlət Xidməti: “WhatsApp”ın yeni versiyası şəxsi məlumatlarınızı oğurlayır

A- A A+

Bu günlərdə “WhatsApp Pink” adlı “WhatsApp”ın yeni bir versiyası ortaya çıxıb və populyarlıq qazanmağa başlayıb. “WhatsApp Pink” tam zərərli bir tətbiqdir. Bu zərərverici APK link şəklində “Whatsapp” qruplar vasitəsilə yayılmaqdadır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin açıqlamasında bildirilir.

Məlumatda, həmçinin qeyd edilir ki, “WhatsApp Pink” əvvəlcə qeydiyyat məlumatlarınızı soruşur və bundan sonra şəxsi məlumatlarınızı oğurlayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: