Osaka Universitetinin professoru insanabənzər robot yaradıb

A- A A+

Yaponiyanın Osaka Universitetinin professoru Hirosi İsiquro 4 təkər üzərində hərəkət edən “İbuki” adlı insanabənzər robotunu təqdim edib.

NUHÇIXAN hi-news.ru saytına istinadla xəbər verir ki, yeni robotun boyu 120 santimetr, çəkisi 37 kiloqramdır. Robot 10 yaşlı uşaq kimi modelləşdirilib, buna görə də digər robotlar kimi vahiməli görünüşə malik deyil. Onun karkası karbon və plastik kimi materiallardan hazırlanıb, sifəti və əlləri isə lateksdən hazırlanmış “dəri” ilə örtülüb. Robotun bədəni ona gülümsəməyə, əli ilə əşyaları tutmağa və əllərini yelləməyə imkan verən 47 mühərrikdən ibarətdir.

Mütəxəssislər robota tanıma, ünsiyyətsaxlama və emosiyaların ifadəsi üçün daha çox funksiya əlavə etməyi planlaşdırırlar. Gələcəkdə “İbuki” insanlarla birlikdə gəzərək, onlarla öz təəssüratlarını bölüşə biləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: