“Panasonic” hərbi standarta uyğun planşet təqdim edib

A- A A+

“Panasonic” yeni korpusu daha möhkəm olan “Toughbook S1” planşet təqdim edib.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, suya və toza davamlı IP67 standartına uyğun dayanıqlı olan yeni tablet MİL-STD 810H hərbi standartının tələbləri çərçivəsində hazırlanıb.

Qualcomm SDM660 Octa-Core prosessoru ilə təchiz olunmuş yeni planşet Android 10 əməliyyat sistemilə çalışır və 7 düyümlük (1280 x 800) ekrana malikdir. Wi-Fi-lı versiyası 3200 mAh, 4G standartını dəstəkləyən versiyası isə 5580 mAh batareya ilə təchiz olunur.

64 GB ROM və 4 GB RAM yaddaşına malik yeni planşetin qiyməti 2500 ABŞ dollarından başlayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: