Yeni nanomaterial görünməz dinamik və mikrofon yaratmağa imkan verib

A- A A+

Cənubi Koreyanın Milli Elm və Texnologiyalar İnstitutunun ekspertləri səsi tutan və səsləndirən nanomembran – şəffaf, görünməz plyonka yaradıblar. NUHÇIXAN xəbər verir ki, məlumata görə, bu, ilk “nanotexnoloji” dinamik və mikrofon deyil. Belə ki, bundan əvvəl nanoborucuqlar və qrafen əsasında oxşar elementlər yaradılsa da, onlar səslərin təhrif edilməsi kimi ciddi çatışmazlığa malik olublar. Yeni elementlər isə membranlar əmələ gətirən gümüş nanoliflər əsasında yaradılıb. Yekunda bu, istifadəçiyə zərər vermədən dəri üzərinə yapışdırılan şəffaf plyonka şəklini alıb. Plyonka həm dinamik, həm də mikrofon kimi işləyir. Qurğunun iş prinsipi sadədir: dinamik kimi çıxış edən plyonka simsiz interfeys vasitəsilə səsi ötürən qurğuya qoşulur, keçən cərəyanın onu və ətraf havanı qızdırması nəticəsində isə səs işə salınır. Lakin mikrofon rejimində iş zamanı əks proses baş verir: plyonka səs tərəddüdlərini cərəyana çevirir, onlar qeydə alınır və yazılma üçün diktofon və digər qurğuya ötürülür. Bildirilir ki, qurğunu jestlər və ya səslə idarə etmək mümkündür. Alimlərin sözlərinə görə, jestlərin düzgün tanınma faizi təxminən 98 faiz təşkil edir ki, bu da çox yaxşı nəticədir. Bundan başqa, plyonkanı smartfon və digər elektronika növlərinin məsafədən idarə olunması üçün istifadə etmək olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: