Mobil bankçılıq üçün virusların sayı kəskin artıb

A- A A+

2018-ci ilin ikinci rübündə mobil bank proqramları üçün virusların sayı ötən rüblə müqayisədə 3 dəfə yüksələrək 61 minə yaxınlaşıb. Bu haqda "Kasperski Laboratoriyası" məlumat verib. NUHÇIXAN "dailycomm.ru" saytına istinadən yazır ki, aşkar edilmiş troyan viruslarının böyük əksəriyyəti zərərli "Hqwar" proqram təminatı ilə əlaqəlidir. Troyan virusları adətən müxtəlif leqal proqramlar adı altında yayılır. Bundan sonra bank proqramı işə salınarkən zərərli proqram təminatı öz fişinq interfeysini əsl mobil bank proqramının interfeysi üzərinə çıxarır və istifadəçi tərəfindən daxil edilmiş qeydiyyat məlumatlarını ələ keçirir. Şirkətin məlumatına görə, SMS xidmətləri vasitəsilə də vəsaiti oğurlamaq mümkündür. "Kasperski Laboratoriyası" şirkətinin məlumatına görə, 2018-ci ilin aprel-iyun aylarında mobil bankçılıq üçün troyan virusları tərəfindən hücuma məruz qalmış istifadəçilərin sayına görə ilk üçlükdə ABŞ (0,79%), Rusiya (0,7%) və Polşa (0,28%) yerləşib. Mütəxəssislər 2018-ci ilin ikinci rübündə mobil bankçılıq üçün qeydə alınmış troyan viruslarının rekord sayını məhz mobil qurğular üçün zərərli proqramların sayının artmasına dair qlobal tendensiyanın mövcudluğu ilə izah edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: