“Google” “Android” sistemindəki boşluqları aradan qaldırıb

A- A A+

“Google” şirkəti “Android” sistemindəki boşluqları aradan qaldırıb.

NUHÇIXAN “securitylab.ru” saytına istinadla xəbər verir ki, “Google” şirkəti “Android” mobil əməliyyat sistemi üçün planlaşdırılmış aylıq təhlükəsizlik yeniləmələrini çıxarıb. Yeniləmələr ümumilikdə 43 boşluğu aradan qaldırır. Bu boşluqlardan 6-sı kritik kimi qeyd edilib.

Avqustda çıxarılmış təhlükəsizlik bülleteninə əsasən, lokal zərərverici proqramlara istifadəçinin iştirakı olmadan əlavə imtiyazlar əldə etməyə, həmçinin hakerlərə məsafədən kodu icra etməyə imkan verən boşluqlar daha təhlükəli hesab olunur.

“Android”in tərəfdaşları yeniləmələr çıxarılmazdan ən azı 1 ay əvvəl boşluqlar barədə xəbərdar edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: