Yeni Huawei Watch 3 smart saatı təqdim olunub

677

Huawei şirkəti özünün Watch adlı smart saat seriyasının 3-cü nəslini təqdim edib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,əvvəlki modellərdən fərqli olaraq yeni Huawei Watch 3 modeli HarmonyOS əməliyyat sistemini əldə edib. Bu səbəbdən də ona kənar tətbiqlərin quraşdırılması mümkün olub. Smart saat 2 versiyada təqdim olunur. Adi və Pro. Huawei Watch 3-də interfeyslə yeni qarşılıqlı əlaqə üsulu reallaşdırılıb. Həmin üsul saatın kənarında yerləşən hərəkətli düyməyə əsaslanır. Pro modeldə premium materiallardan istifadə olunur. Bura titan gövdə, sapfir şüşə və keramik panel daxildir.

Əvvəldə də qeyd olunduğu kimi smart saat HarmonyOS vasitəsilə çalışır. Smart saatın sistemində olan vizual dəyişikliklər arasında yeni və axıcı animasiyalar ilə sistem ikonları mövcuddur. Bununla yanaşı smart saata Huawei şirkətinin AppGallery adlı tətbiqlər mağazası inteqrasiya olunub. Mağazada xüsusi olaraq smart saat üçün optimizasiya edilmiş tətbiqlər yer alacaqlar. Huawei Watch 3-də smartfon kamerasının idarəsi ilə bağlı genişləndirilmiş imkanlar mövcuddur. Belə ki, əgər əvvəllər smart saatlar smartfon kamerasında çəkiliş düyməsi kimi istifadə olunurdularsa, indi onlarla zoom və fokusu idarə etmək, çəkiliş rejimini dəyişmək və həmçinin çəkilmiş fotolara baxmaq mümkündür.

Fiziki aktivliyi monitorinq etməkdən əlavə olaraq saatlar ürək döyüntülərinin tezliyini, qanda oksigen miqdarını, stress səviyyəsini, yuxu fazalarını və temperaturu ölçə bilirlər. Məlumatda qeyd edilib ki, Huawei Watch 3 bazarda ilk smart saatdır ki, dəri temperaturunu fasiləsiz ölçməyə imkan verən ötürücülər ilə təchiz olunub. Smart saatlarda eSIM 4G dəstəyi mövcuddur. Bu halda smartfonun və saatın hər birində bir nömrə işlədilir. İstifadəçi smartfondan istifadə etmədən saat vasitəsilə daxil olan zənglərə cavab verə bilər.

Bütün bunlardan əlavə olaraq smart saatlar kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC modul ilə də təchiz olunublar. Adi Huawei Watch 3 modeli bir dəfə şarj olunandan sonra adi rejimdə 3 gün, Pro model isə 4 gün çalışa bilir. Saatlarda enerji sərfiyyatına qənaət rejimi mövcuddur. Bu rejimdə sadə istifadəçi interfeysindən istifadə olunur və bir sıra funksiyalar deaktiv olur. Bu halda adi model 14 gün ərzində Pro model isə 21 gün ərzində çalışa bilir. Huawei Watch 3 11 iyun tarixində Çində satışa çxacaq. Adi model 410$-a, Pro model isə 516$-a satılacaq. Saatların qlobal satışları daha sonra reallaşdırılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: