“Nokia” brendi üzərində hüquqlara sahib “HMD Global” şirkəti Rusiyada “Nokia 2.1” smartfonunun satışına başlayıb. Model ötən ilki ucuz “Nokia 2” aparatını əvəz edəcək. NUHÇIXAN “ferra.ru” saytına istinadən yazır ki, bu aparat daha müasir texnoloji içlik, tutumlu akkumulyator və iki gün müddətində avtonom işləyən modeldir. Smartfon “HD” (720x1280 piksel) təsvir ölçülü 5,5 düymlük ekran, ön stereodinamiklər, 5 meqapiksellik ön və 8 meqapiksellik əsas kameralarla təchiz edilib. Aparat dördnüvəli “Qualcomm Snapdragon 425” prosessoru, 1 QB-lıq əməli yaddaş və 8 QB-lıq daxili fləş yaddaşa (“microSD” formatlı kart vasitəsilə yaddaşı 128 QB-dək artırmaq mümkündür) malikdir. Akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. Smartfon zəif smartfonlar üçün optimallaşdırılmış “Android Oreo” versiyasının idarəetməsi altında işləyir.