Məşhur insayder Xiaomi Mi 12 barəsində yeni məlumatlar verib

1083

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Digital Chat Station ləqəbli məşhur çinli insayder Xiaomi-nin növbəti flaqman smartfonu olacaq Mi 12 barəsində yeni məlumatlar verib. İnsayderin verdiyi məlumatlara inansaq, Mi 12 smartfonu bazardakı ən performanslı prosessoru və təkmilləşdirilmiş kameraları əldə edəcək. Beləliklə insayderin verdiyi məlumatda qeyd edilib ki, Mi 12 smartfonu Snapdragon 895 prosessorunu əldə edəcək ilk smartfon olacaq. Bundan əlavə olaraq flaqman modelin daha bir özəlliyi ondan ibarət olacaq ki, onun arxa kameralarından ən əsası 200 MP-lik olacaq.

İnsayderin sözlərinə əsasən bu cür kamera sayəsində 16 pikseli bir böyük pikseldə birləşdirmək mümkün olacaq. Bununla yanaşı Mi 12 modeli 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib LTPO ekran əldə etməlidir. Bu isə öz növbəsində smartfonun istifadə ssenarisindən asılı olaraq ekrandakı təsvirin hamarlıq səviyyəsi ilə sərf olunan enerji arasındakı balansı təmin edəcək. Mi 12 smartfonu 120 vatt gücündə sürətli naqilli və 100 vatt gücündə sürətli naqilsiz şarj texnologiyalarının dəstəklərini əldə edə bilər. Gözləntilərə əsasən Mi 12-nin təqdimatı bu ilin dekabr ayında baş tutacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: