Samsung şirkəti öz-özünə bərpa olunan ekran materialı yaradıb

A- A A+

Samsung şirkətinin yeni patentində smartfon ekranı üzərində toxunuş izlərinin qarşısını alan birləşmədən bəhs olunur.

NUHÇIXAN-ın məlumatına görə, şirkət tərəfindən hazırlanmış texnoloji yeniliyin əsas özəlliyi smartfon ekranının səthinin öz-özünə bərpasıdır. Bu texnoloji yenilik ilk öncə əyilə bilən smartfon modelləri üçün nəzərdə tutulub. Onu da qeyd etmək lazımdır ki, Samsung özünün ilk əyilə bilən smartfon modelini yaxın zamanda təqdim etməlidir. Patentdə şirkət tərəfindən hazırlanmış yeni materialın tam texniki göstəriciləri barəsində məlumat yoxdur. Lakin çox güman ki, həmin material kiçik cızıqları və digər kiçik ekran nasazlıqlarını öz-özünə bərpa edə biləcək. Müasir Samsung smartfonları arxa və ön paneldən şüşə örtüklərə sahibdirlər. Bu isə naqilsiz şarj üçün lazım olur. Çox güman ki, bu yeni texnoloji material şirkətin ilk əyilə bilən smartfon modellərindən birində tətbiq olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: