Apple 2024-cü ildə elektromobillərin istehsalına başlamaq niyyətindədir

A- A A+

Apple 2024-cü ildə öz elektromobillərinin istehsalına başlamaq niyyətindədir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə şirkətin məhsulları ilə bağlı xəbərlərdə ixtisaslaşan "Apple Insider" portalı məlumat yayıb.

Məlumata əsasən, hazırda şirkət rəhbərliyi Asiya avtomobil istehsalçıları ilə görüşlər keçirir.

Daha əvvəl amerikan mətbuatı "Apple"ın "Hyundai" və "Kia" ilə elektrik avtomobillərinin istehsalına başlamaq barədə razılığa yaxın olduğunu yazıb. İlkin planlaşdırmalara görə, müştərək istehsalat "Kia"nın Vest Poyntdakı (Corciya ştatı) zavodunda başlanılmalı idi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: