Tayvan tədqiqatçılar qrupu mikrosxemlər hazırlayan şirkətin mütəxəssisləri ilə əməkdaşlıq çərçivəsində dərin təlim texnologiyasından istifadə sayəsində təsvirlərin tanınması üçün xüsusi prosessor hazırlayıb. NUHÇIXAN "ixbt.com" resursuna istinadən xəbər ki, "Mipy" mikrosxeminin ideyası Tayvan Milli Pedaqoji Universitetinin elektrotexnika fakültəsinin 3 professoru tərəfindən irəli sürülüb və "AVSdsp" şirkətinin əməkdaşları tərəfindən reallaşdırılıb. "Mipy"nin bazarda mövcud olan ən kiçik və ucuz süni intellekt prosessoru olduğu iddia edilir. Bu, sözügedən prosessorun ev və avtomobil elektronikasında, polis üçün məhsullarda, reklam və təlim məhsullarında, sənaye avadanlığı və oyuncaqlarda kütləvi tətbiqinə imkan verir. "Mipy" prosessorunun qiyməti 1 dollar təşkil edir.