Beynəlxalq müsabiqədə ölkəmizi təmsil edən poçt markası tamaşaçı səsverməsində liderdir

A- A A+

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən hazırlanmış poçt markası beynəlxalq müsabiqədə birinci mərhələdə liderlik edir.

MMC-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Avropa Ticarət Assosiasiyasının (PostEurop) “Məhv olmaq təhlükəsi ilə üzləşmiş yerli vəhşi təbiət” mövzusunda təşkil etdiyi “EUROPA 2021” müsabiqəsində ölkəmizi təmsil edən poçt markası ilk beşliyə daxil olub.

İkinci mərhələdə qaliblər münsiflər heyətinin qərarı əsasında müəyyən olunacaq.

Qeyd edək ki, ötən il ölkəmiz qeyd edilən müsabiqədə 3-cü yerə yüksəlib.

Xatırladaq ki, bu mövzuda Zəngəzur Milli Parkında yaşayan nadir növ Qafqaz bəbiri (Panthera Pardus Ciscaucasica), Muflon (Ovis Orientalis) və Cənubi Qafqaz kərtənkələciyinə (Eremias Pleskei) həsr edilmiş poçt markaları artıq dövriyyəyə buraxılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: