“WhatsApp” səsli ismarıcları mətnə çevirəcək

263

Dünyanın aparıcı ismarıc mübadiləsi xidməti - “WhatsApp” “iPhone” istifadəçilərinə səsli ismarıcları mətnə çevirmək imkanı verəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xarici mətbuata istinadən xəbər verir ki, yeni funksiya hələlik işlənmə mərhələsindədir və yaxın vaxtlardakı yenilənmədə beta-testçilər üçün əlçatan olacaq.

Onu aktivləşdirmək üçün istifadəçi tətbiqə xüsusi icazə verməli olacaq. Mətn onlayn rejimdə deşifrə ediləcək və avtomatik olaraq messencerin şifrələnmiş məlumatlar bazasında yaddaşa düşəcək. Əgər səsli mesaj çox uzundursa, istifadəçi mətnə çevirmək istədiyi hissəni özü seçə biləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: