Azərbaycanda ən çox bu firmaların telefonları satılıb

286

2021-ci ilin avqust ayında Azərbaycanın mobil qurğular bazarında "Samsung" liderliyini qoruyub.

NUHÇIXAN İnformasiya Agentliyi “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, hesabat dövründə smartfon və mobil telefonlar bazarında "Samsung"un payı iyul ayı ilə müqayisədə 1,1 faiz azalaraq 43,37 faiz təşkil edib.

İkinci yerdə qərarlaşan "Xiaomi"nin bazarda payı 0,38 faiz artaraq 34,2 faiz olub.

"Apple" smartfonlarının payı isə iyulla müqayisədə 0,77 faiz azalıb və 14,57 faizə bərabər olub.

Azərbaycanın mobil qurğular bazarında digər markaların payı isə 5,5 faiz təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: