ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkəti əməliyyat sistemlərində “Pegasus” cəsus proqramı təminatının istifadəçilərinə başqa cihazlarda gizli şəkildə proqram işə salmağa imkan verən qüsuru aradan qaldırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xarici mətbuata istinadən xəbər verir ki, bunun üçün buraxılan yenilənmə “Catalina” versiyasından başlayaraq “iOS”, “iPadOS”, “watchOS” və “macOS” üçün əlçatandır.
“iMessage”dən yayılan virusun işləməsi üçün istifadəçidən heç nə tələb olunmur. Virusla yoluxdurmaq üçün xüsusi yaradılmış PDF faylı yollamaq yetərli olub.