Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib - FOTOLAR

242

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sahib smart eynəkdən gedir. Qeyd etmək lazımdır ki, bu, smart eynək prototipidir və o hələ irimiqyaslı istehsal üçün nəzərdə tutulmayıb. Xarici görünüşcə adi eynəkdən heç fərqlənməyən bu smart eynək kamera və kiçik ölçüdə proyeksiya şüalandırıcısı ilə təchiz olunub. İşığın refraksiyası və əks olunması vasitəsilə eynəyin sağ linzasına təsviri əks etdirməyə imkan verən mənbə rolunda şirkət 0.13 düym Micro-LED ekrandan istifadə edib.

Sözügedən kiçik Micro-LED ekran 2 milyon nit parlaqlığa sahibdir. Xiaomi Smart Glasses-dən istifadə edərək istifadəçi fotolar çəkə, mətnləri tərcümə edə, gözü önündə olan ekrana naviqasiya məlumatlarını, daxil olan zəngləri və mesajları əks etdirə bilər. Ekranda əks olunan məlumatlar monoxrom olurlar. Buna görə də həmin məlumatları istənilən işıqlı mühitdə rahat oxumaq mümkündür. Smart eynəyin əsasında 4 nüvəli ARM prosessor və Android əməliyyat sistemi var. Bununla yanaşı eynək, həmçinin mikrofon ilə də təchiz olunub. Eynəyin sol kənarında 5 MP-lik kamera yerləşdirilib. Smart eynək, həmçinin Xiaomi-nin XiaoAI adlı səsli köməkçisi ilə qarşılıqlı əlaqə dəstəyinə sahibdir. Bunun sayəsində istifadəçi smart eynəyi səsli əmrlər vasitəsilə idarə edə bilər. Nəticədə şirkətin bu smart eynəyi satışa çıxarıb-çıxarmayacağı bilinmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: