"Google" şirkətinin ilk qatlanan smartfonu məlum olub

A- A A+

"Google" şirkəti qatlana bilən smartfonlar istehsal edən şirkətlərdən biri olacaq.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə "9to5Google" nəşri xəbər verib.

Media müxbirləri Amerika şirkətinin ilk qatlana bilən smartfon buraxmağı planlaşdırdığını bildirən anonim insayderə istinad edib. Gələcək cihazın adı Android 12-nin beta versiyasının kodunda hallanması aşkar edilib.

Məxfilikdən çıxarılmış məlumatlarda telefon Jumbojack və Passport ("Pasport") adları altında göstərilib. Sonuncu adı, ola bilsin ki, cihazın forma faktoruna işarə edir.

Smartfonun prototipinin mövcudluğu Twitter-də məşhur insayder Evan Blass tərəfindən təsdiqlənib. Onun sözlərinə görə, qatlanan gadget "Passport" adına sahib olacaq, model ilin sonuna qədər təqdim olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: