Çinin “Xiaomi” şirkəti sensor ekrana malik yeni nəsil “Mi Band 3” fitnes bilərziyini təqdim edib.
NUHÇIXAN “life.ru” saytına istinadən yazır ki, “Xiaomi Mi Band 3” fitnes bilərziyi sensor OLED ekranla təchiz edilib və görünüşcə əvvəlki nəsil elektron qurğusunu xatırladır. Həmçinin cihaza ürək ritminin skaneri quraşdırılıb. “Xiaomi Mi Band 3” bilərziyinin qayışı çıxarılıb taxılandır. Fitnes bilərzik damcı formasında hazırlanıb. Displey bilərziyin üstündən 2 mm yuxarıda yerləşdirilib. İstehsalçılar bu üsulla displeyi mümkün zədələnmədən qorumaq niyyətindədir.