Google Search-un mobil versiyasına sonsuz axtarış nəticələri səhifəsi əlavə edilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Google Search-un mobil versiyasında böyük dəyişiklik baş verib. Baş vermiş dəyişiklik lazımi məlumatın axtarış prosesini daha da sadələşdirmək üçün nəzərdə tutulub. Google Search-də reallaşdırılmış yeni özəllik artıq ABŞ-da test olunur və yaxın gələcəkdə hamı üçün aktiv ediləcək. Söhbət, axtarış nəticələrinin aşağı istiqamətdə sürüşdürülməsi zamanı kontentlərin avtomaik olaraq səhifəyə yüklənmələrindən gedir. Beləliklə istifadəçilər bundan sonra axtarış nəticələrini öyrənmək üçün fərdi şəkildə səhifələr arasında keçid etməli olmayacaqlar.

Belə ki, axtarış nəticələri səhifəsinin sonuna yaxınlaşan zaman növbəti nəticələr bloku avtomatik olaraq səhifəyə yüklənəcək. Başqa sözlə desək, smartfon və ya planşet istifadəçisi sadəcə olaraq axtarış nəticələrini yalnız aşağı sürüşdürməli olacaq. Buna bir növ sonsuz axtarış növü də demək olar. Hal hazırda bu yeni özəllik yalnız ABŞ-dan olan istifdəçilər üçün aktivdir. Lakin yaxın zamanda yeni funksiyanın bütün dünyada aktiv olacağı gözlənilir. İlk növbədə yeni funksiya ingilis dilli ölkələrdə aktivləşəcək və daha sonra onun digər dillər üçün inteqrasiyası reallaşdırılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: