Instagrama foto və videoları kompüter vasitəsilə veb üzərindən yükləmək mümkün olacaq

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Instagram tərtibatçıları məşhur fotoservis üçün böyük yenilənməni elan ediblər. Əsas yeniliklərdən biri isə Instagramda paylaşımların kompüter vasitəsilə Instagram Web üzərindən paylaşılması imkanıdır. Hal hazırda Instagramda paylaşımları yalnız smartfon və ya planşet vasitəsilə reallaşdırmaq mümkündür. Qeyd etmək lazımdır ki, kompüter vasitəsilə Instagram-a paylaşımların əlavə olunması funksiyası fotoservisin istifadəyə verilməsindən 11 il sonra aktivləşdirilir. Hələ bir neçə müddət bundan öncə sözügedən funksiya məhdud sayda istifadəçilər arasında test olunurdu.

İndi isə bu funksiya 21 oktyabr tarixindən etibarən hamı üçün aktiv olacaq. İstifadəçilər bu funksiyadan istifadə edərək kompüter vasitəsilə Instagrama fotolar və xronometrajı 1 dəqiqə olan videolar əlavə edə biləcəklər. Bundan əlavə olaraq Instagramda digər yeniliklər də rellaşdırılıb. Belə ki, fotoservisdə Collabs adlı yeni funksiyanın istifadəsinə start verilib. Bu funksiya vasitəsilə iki istifadəçi ümumi rəylərə və bəyənmələrə sahib postlar və ya Reels videolar paylaşa biləcəklər. Qeyd etmək lazımdır ki, bunun reallaşdırılması üçün ikinci istifadəçi hesabı xüsusi icazə verməlidir. 21 oktyabrdan isə Reels videolar üçün musiqi mətnlərinin 3D formatı funksiyası istifadəyə veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: