Android 12-də tətbiqlərin klonlaşdırılması funksiyası istifadəyə veriləcək

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, XDA-Developers saytının keçmiş redaktoru Mishaal Rahman Android 12 üçün nəzərdə tutulmuş dokumentasiyada mobil əməliyyat sistemində reallaşdırılacaq yeni faydalı funksiyanı aşkar edib. Yeni funksiya vasitəsilə istifadəçilər fərdi şəkildə login və şifrə daxil etmədən tətbiqlərdəki istifadəçi hesabları arasında keçidi reallaşdıra biləcəklər. Söhbət, tətbiqlərin klonlaşdırılması funksiyasından gedir. Bu funksiya Android üçün olan bəzi kənar istifadəçi interfeyslərində artıq reallaşdırılıb. Tərtibatçılar üçün nəzərdə tutulmuş dokumentasiyada Google şirkəti bir tətbiqin 3 klonunun işə salınması imkanını təsvir edib.

Bu cür funksiya öz növbəsində bir tətbiqdə olan fərqli istifadəçi hesabları arasında sürətli keçidi reallaşdırmağa imkan verəcək. Nəticədə əsas istifadəçi hesabına giriş məlumatlarının itirilməsi və onların yenidən daxil edilməsi halları aradan qalxacaq. Şirkət tətbiqlərin klonlaşdırılması funksiyasının nə zaman istifadəyə veriləcəyi barəsində məlumat təqdim etməyib. Sözügedən funksiyanın birbaşa Android 12-yə inteqrasiya ediləcəyi və ya istifadəçidən əlavə əməliyyatların tələb olunub-olunmayacağı da məlum deyil. İnsayderlərin məlumatlarına əsasən hal hazırda bu funksiya lazımi səviyyədə stabil çalışmır. Buna görə də Google onu Android 12-yə inteqrasiya etməkdə tələsmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: