Google Play-də "Squid Game" serialı kimi maskalanan zərərli tətbiqlər aşkar edilib

285

Netflix şirkətinin bir neçə müddət bundan öncə ekranlara çıxartmış olduğu "Squid Game” serialı ağıla sığmaz dərəcədə məşhurluq qazanıb. Lakin dələduzlar da bu cür vəziyyətdən istifadə etməyi bacarıblar. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Android üçün zərərli proqram təminatlarının tədqiqatı ilə məşğul olan mütəxəssis Lukas Stefanko-nun sözlərinə əsasən Google Play-də “Squid Game” ilə bağlı 300-ə yaxın tətbiq ortaya çıxıb. Həmin tətbiqlərin arasında isə zərərli proqram təminatına sahib olanları var. Həmin tətbiqlərin tərtibatçıları uğurlu şəkildə Google Play-in nəzarət sistemindən yan keçə biliblər. Məsələn Squid Game adlı tətbiqlərdən biri smartfondakı arxa fon təsvirinin dəyişdirilməsi funksiyasını təqdim edir.

Lakin əslində həmin tətbiq Joker tərz zərərli proqram təminatı rolunda çıxış edir. Belə ki, bu tətbiqi öz smartfonuna quraşdırmış istifadəçi müxtəlif premium xidmətlərə ödənişli abunə olur. Bunun yerinə yetirilməsi üçün istifadəçinin hətta qeydiyyatdan keçməsinə də ehtiyac yoxdur. Bunun üçün istifadəçi hesabının məlumatları istifadə olunur. Ödənişli abunəlik üçün nəzərdə tutulmuş vəsait ödənişi isə istifadəçinin bank kartı vasitəsilə reallaşdırılır. Bundan əlavə olaraq sözügedən tətbiq istifadəçinin mesajlarını, kontaktlar siyahısını və digər məlumatlarını oğurlayır. Sözügedən tətbiq 5000 dəfədən daha çox yüklənib. Google artıq bu zərərli proqram təminatını Google Play-dən silib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: