Azərbaycan Vətən müharibəsində erməni kiberqruplaşmalarının fəaliyyətini araşdırıb

A- A A+

Azərbaycan ABŞ-ın Nyu-York şəhərində “Global Cybertech 2021” beynəlxalq kibertəhlükəsizlik konfransında iştirak edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanı bu tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil edib.

T.Məmmədov 44 günlük Vətən müharibəsi dövründə erməni kiberqruplaşmalarının fəaliyyəti ilə bağlı “Hakerlərin xüsusi kanallar vasitəsilə kibermüharibəyə cəlb edilməsi və idarəedilməsi” mövzusunda məruzəçi qismində çıxış edib.

“Global Cybertech 2021” kibertəhlükəsizlik konfransında çıxışlarla paralel dünya ölkələrinin, xüsusən də ABŞ və İsrail şirkətlərinin yeni innovativ texnoloji həlləri və kibermüdafiə sistemlərinin sərgisi də təşkil olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: