"Instagram" yeni funksiyanı sınaqdan keçirir

310

"Instagram" sosial şəbəkəsi istifadəçini lentə baxmağa fasilə verməsi barədə xəbərdar edəcək yeni funksiyanı sınaqdan keçirir.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində sosial şəbəkənin rəhbəri Adam Mosseri yazıb.

A.Mosseri bildirib: "Bu həftə biz "Take a break" (Fasilə ver - red.) funksiyasını sınaqdan keçirməyə başladıq. Bu funksiya sizə seçdiyiniz vaxtdan sonra fasilə vermək üçün proqramda xatırlatma almağa imkan verəcək".

Planlaşdırılır ki, sınaqların uğurlu olacağı təqdirdə funksiyadan artıq dekabr ayında istifadə etmək mümkün olacaq. Qeyd edilir ki, hələ ki bu funksiya yalnız bəzi istifadəçilərdə mövcuddur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: