“Apple” sükansız və pedalsız elektromobil buraxmaq istəyir

324

ABŞ-ın "Apple" şirkəti 2025-ci ildə sükansız və pedalsız tam avtonom idarəetmə sisteminə sahib olan elektrikli avtomobil buraxmağı planlaşdırır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə şirkətin planlarının müzakirəsindən məlumatı olan mənbələrə istinadən “Bloomberg” yazır.

Qeyd edilir ki, avtomobildə sükan olmasa da, onun təcili idarəetmə rejimi ilə təchiz olunması nəzərdən keçirilir. Avtomobilin dünya üzrə bütün şarj cihazlarını dəstəkləyəcəyi nəzərdə tutulur. Şirkət ilk elektromobilində istifadə olunacaq prosessor üzərində əsas işlərin əksər hissəsini artıq yekunlaşdırıb.

Xatırladaq ki, son bir neçə ildə “Apple” şirkəti “Titan” layihəsi çərçivəsində tam avtonom və məhdud imkanlı idarəetməli modellərin yaradılmasını tədqiq edib. İndi mühəndislər işini tam şəkildə ilk variant üzərində cəmləşdirib. Hələ bu ilin əvvəlində avtomobilin yaradılmasına 5-7 il sərf olunacağı ehtimal edilsə də, şirkət bunu artıq 4 ildən sonra etmək niyyətindədir. “Tesla” da daxil elektomobil bazarının bütün liderləri tam avtonom avtomobil buraxmaqdan uzaq olduqları üçün “Apple”ın bu planı kifayət qədər ambisiyalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: