Feysbuk, instaqram və vatsapda nasazlıq yaranıb

A- A A+

Dünyanın bir sıra ölkələrində feysbuk, instaqram və vatsap sosial şəbəkələrinin istifadəçiləri nasazlıqlardan şikayətlənirlər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” saytı məlumat yayıb.

ABŞ-dan olan istifadəçilər əsasən instaqram və feysbukun işindəki problemlərdən narazılıq edir. Almaniyada vatsap və instaqram, Niderlandda vatsap, Böyük Britaniyada isə instaqramın işində fasilələr müşahidə olunur. Hər üç xidmətin nasazlığı barədə Fransa, İtaliya, İspaniya, Rusiya və digər ölkələrdən bildirilir.

Məlumata görə, instaqramda daha çox xəbər lentində, feysbukda saytın işində, vatsapda isə mesaj göndərilərkən və serverə qoşulmada problemlər var.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: