Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb

A- A A+

“Azərpoçt” MMC tərəfindən Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illik yubileyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.

MMC-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, buraxılış 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Müəllifi rəssam Vüqar Əyyubov olan poçt markası 10 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq nəşr edilib.

Qeyd edək ki, bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır və ölkəmizdə telefon rabitəsinin yaradılmasının 140 illik yubileyidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: