Azad olunmuş ərazilərin 50 faizində “4G” mobil texnologiyaları şəbəkəsi qurulub

A- A A+

Azərbaycanda evlərin 100 faizi 2024-cü ilin sonunadək müasir texnologiyalarla yüksək sürətli internetlə təmin ediləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 150 min ev təsərrüfatında müasir yüksək sürətli internetə imkan verə bilən fiber-optik xətlər çəkilib. Eyni zamanda, 1400 kilometr uzunluğunda fiber-optik xətlərin çəkilişi davam etdirilir.

2021-ci ildə avtomobillərə “Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirilib, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar üçün “İcazə blankları”nın bölgüsü qaydaları dəyişdirilib, dənizçilərə sertifikatların verilməsi prosesi sadələşdirilib.

Ötən il ərzində işğaldan azad olunmuş ərazilərin təxminən 50 faizində “4G” mobil texnologiyaları şəbəkəsi qurulub, 35 faiz teleradio yayımı bərpa edilib, 4 istiqamətdə poçt xidmətlərinin göstərilməsinə başlanılıb. Hazırda 1500 kilometrdən çox avtomobil yollarının, 3 hava limanının, regionu digər regionlarla bağlayan strateji dəmir yollarının inşası üzrə işlər davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: