Azərbaycanda keçiriləcək “TEKNOFEST” festivalının vaxtı məlum olub

A- A A+

Türkiyənin hüdudlarını aşaraq beynəlxalq ölçüyə yüksələn dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı “TEKNOFEST” bu il Azərbaycanda keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 26-29-da Vətənimizdə təşkil olunacaq festival çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar texnologiya müsabiqələrinə qatılacaqlar.

İlk dəfə 2018-ci ildə qardaş ölkədə start götürən festivalın bu il Vətənimizdə texnologiya yenilikləri, elm, müxtəlif yarışmalar, dostluq və qardaşlıq münasibətləri ilə yadda qalması gözlənilir.

“TEKNOFEST-Azərbaycan” çərçivəsində keçiriləcək yarışmalara qeydiyyatlar artıq başlayıb. Hər bir qeydiyyat üçün son tarix fərqli olsa da, müsabiqələr haqqında ətraflı məlumatı “www.teknofest.az” saytından əldə etmək olar.

Kənd təsərrüfatı texnologiyalarından yaşıl texnologiyalara, pilotsuz uçuş aparatlarından model peyk yarışmasına qədər müxtəlif kateqoriyalar üzrə keçiriləcək müsabiqələrdə gənclər layihələrini yarışdıracaqlar. Avropa Kuboku Roket Liqası Oyunu ilə yerli startapları xarici investorlarla bir araya gətirəcək “Take Off Azərbaycan Startap Zirvəsi” də bu il keçiriləcək tədbirlər sırasında yer alır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: