“Meta” kompaniyası dünyanın ən sürətli superkompüterini hazırlayır

A- A A+

Feysbuk sosial şəbəkəsinin sahibi “Meta Platforms Inc.” kompaniyasının mütəxəssisləri hazırladıqları superkompüterin dünyada ən sürətli olacağını iddia edirlər.

NUHÇIXAN İnformasiya Agentliyi “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, ikiillik əməyin nəticəsi olan “AI Research SuperCluster” (RSC) superkompüterinin hazırlanması üzrə layihəyə “Nvidia Inc.” və “Pure Storage Inc.” tərəfdaş kompaniyalarının analitikləri də daxil olmaqla, yüzlərlə mütəxəssis cəlb edilib.

“Meta-kainatda lazım olacaq həllər böyük hesablama gücü tələb edir və RSC trilyonlarla nümunəni analiz edə, yüzlərlə dili başa düşə biləcək yeni süni intellekt modelləri hazırlamağa imkan verəcək”, - deyə kompaniyanın rəhbəri Mark Sukerberq bildirib.

Cari ilin yay aylarında tam hazır vəziyyətə gətiriləcək superkompüterin 16 minə yaxın qrafik prosessoru olacaq və o, dünyanın ən sürətli kompüterinə çevriləcək.

“Meta” mütəxəssisləri superkompüter vasitəsilə yüzlərcə dillə işləyə, mətnləri, şəkilləri və videoları eyni vaxtda təhlil edə biləcək süni intellekt modelləri hazırlamağı düşünürlər. Yeni texnologiya, həmçinin kompaniyaya zərərli kontenti asanlıqla tanımağa və insan kimi düşünən süni intellekt modelləri yaratmağa kömək edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: