NASA tarixdə ilk dəfə Marsda raket uçuşuna start verməyi planlaşdırır

A- A A+

NASA digər planetdə raketə uçuş startını verməyi planlaşdırır. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədin yerinə yetirilməsi üçün agentlik artıq Lockheed Martin şirkəti ilə 200 milyon dollara yaxın müqavilə bağlayıb. Planlaşdırılan raket Mars Ascent Vehicle adını əldə edib. Adından da bəlli olduğu kimi o Mars planetinə yollanacaq. Sözügedən raketin tarixdə ilk dəfə digər planetdən uçuş startı götürəcəyinə görə o, həmçinin Yer kürəsinə Mars süxurlarının nümunələrini çatdıracaq. Hal hazırda Marsın səthində bir neçə aparat fəaliyyət göstərir. Onlardan biri də Perseverance aparatıdır.

O, Mars süxurlarını müşahidə edir və kiçik nümunələri yığmaqla məşğul olur. NASA-nın planına əsasən, Perseverance aparatı yığmış olduğu nümunələri Mars səthində qoyacaq. Alimlər isə Marsa digər bir dron aparatı göndərməyi planlaşdırırlar. Nəticədə, həmin dron Perseverance tərəfindən qoyulmuş nümunələri götürəcək və Mars Ascent Vehicle raketi ilə birlikdə Yer kürəsinə geri dönəcək. Bu missiya üçün nəzərdə tutulmuş eniş modulu Marsa 2026-cı ildə göndərilməlidir. Beləliklə, NASA və Lockheed Martin şirkəti raketin layihələşdirilməsi və inşası üçün bir neçə il vaxta sahibdirlər. 194 milyon dollar dəyərində olan müqavilənin icrasına bu ay start verilir. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: