Samsung Galaxy Z Fold 4 barəsində ilk məlumatlar verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Koreyanın The Elec adlı saytı Samsung şirkətinin növbəti qatlana bilən smartfonu barəsində məlumatlar verib. Söhbət, Galaxy Z Fold 4 smartfonundan gedir. Verilmiş məlumata əsasən Samsung şirkəti Galaxy Z Fold 4 modelində əsas diqqəti cihazın ümumi keyfiyyətinin yüksəldilməsinə ayıracaq. Buna görə də smartfonda ciddi dəyişikliklərin olacağını gözləmək lazım deyil. Şirkət yeni qatlana bilən smartfonun dizaynında kiçik dəyişikiklər reallaşdıracaq. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Galaxy Z Fold 4-ün gövdəsində S Pen stilusu üçün nəzərdə tutulmuş xüsusi yer də olacaq.

Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə təqdim edilmiş Galaxy S22 Ultra modelinin gövdəsində də S Pen stilusu üçün xüsusi yer reallaşdırılıb. Smartfonun sahib olacağı ekranlara gəldikdə isə o yenə də 2 ekran ilə təchiz olunacaq. Əsas ekran 7.56 düym ölçüsündə, əlavə ekran isə 6.19 düym ölçüsündə olmalıdır. Galaxy Z Fold 3 də eyni ekran ölçülərinə sahibdir. Smartfon barəsində digər bir məlumat verilməyib. Lakin güman etmək olar ki, Galaxy Z Fold 4 modeli Snapdragon 8 Gen 1 prosessoru və üçlü arxa kamera ilə təchiz olunacaq. Smartfonun yay fəslində təqdim olunacağı gözlənilir. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: