Orta seqmentə aid olan yeni OnePlus Nord CE 2 smartfonu təqdim olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, OnePlus şirkəti orta seqmentə aid yeni smartfon modelini təqdim edib. Söhbət OnePlus Nord CE 2-dən gedir. Əvvəlki OnePlus Nord CE modelindən fərqli olaraq yeni smartfon daha güclü prosessor, 65 vatt gücündə sürətli şarj texnologiyası və microSD girişi ilə təchiz olunub. Beləliklə OnePlus Nord CE 2 modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 6.43 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bundan əlavə olaraq ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.

Əsas texniki göstəricilərə gəldikdə isə OnePlus Nord CE 2 modeli 8 nüvəli MediaTek Dimensity 900 prosessoru, 6/8 GB RAM, 128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 64 MP (f/1.79 diafraqma) + 8 MP (f/2.25 diafraqma, 119 dərəcə tutma bucağı) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 16 MP-lik (f/2.4 diafraqma, 85 dərəcə tutma bucağı) ön kamera və 65 vatt gücündə sürətli şarj texnologiyalı 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Smartfon 100% enerjini 32 dəqiqə ərzində yığır. Bundan əlavə olaraq smartfon stereo səsgücləndiricilərə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş ənənəvi 3.5 mm-lik girişə sahibdir. OnePlus Nord CE 2 modeli OxygenOS 11.0 interfeysli Android 11 vasitəsilə çalışır. Smartfon 10 mart tarixində satışa çıxacaq. Verilmiş məlumata əsasən Avropa bazarında smartfonun yalnız 8 GB RAM-a sahib olan versiyası satılacaq. Onun qiyməti isə 349 avro təşkil edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: