Apple növbəti təqdimat tədbirini elan edib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Apple online formatda keçiriləcək yeni təqdimat tədbirini elan edib. Tədbir 8 mart tarixində baş tutacaq. Bu dəfəki təqdimat tədbirinin sloqanı “Peek performance”dır. Apple şirkətinin 8 mart tarixində nə təqdim edəcəyi məsələsinə gəldikdə isə gözləntilərə əsasən şirkət 5G dəstəkli yeni iPhone SE modelini, iPad Air planşetini və bir neçə kompüterini təqdim edəcək. Təqdim ediləcək kompüterlər arasında M2 prosessoruna sahib olacaq yeni MacBook Pro da ola bilər. Tədbir çərçivəsində yeni Mac modelinin təqdim olunacağı da istisna deyil. Lakin hamı tərəfindən ən çox gözlənilən yeni məhsul məhz yeni iPhone SE modelidir. Daha öncəki məlumat sızıntılarına əsasən 5G dəstəkli yeni iPhone SE modeli xarici görünüşcə iPhone SE (2020) modelinə bənzəyəcək. Lakin bununla belə smartfon Apple A15 Bionic prosessoru ilə təchiz olunmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: