Samsung Galaxy A13 4G və Galaxy A23 smartfonlarını təqdim edib

293

Samsung şirkəti Galaxy A seriyasını yeni smartfonlarla genişləndirib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şirkət Galaxy A13 4G və Galaxy A23 smartfonlarını təqdim edib. Orta seqment smartfonlara aid olmalarına baxmayaraq yeni smartfonlar yüksək həcmli batareyalar və təkmilləşdirilmiş kameralar əldə ediblər. Galaxy A13 4G modeli 60 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib.

Bununla yanaşı smartfon ekranı Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsinə inteqrasiya edilib. Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy A13 4G modeli 8 nanometrlik Exynos 980 prosessoru, 3/4/6 GB RAM, 32/64/128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 50 MP + 5 MP + 2 MP + 2 MP dördlü arxa kamera, 8 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon OneUI 4.1 interfeysli Android 12 vasitəsilə çalışır.

Galaxy A22 modelinin davamçısı olan Galaxy A23 modeli 60 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Bununla yanaşı ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsinə inteqrasiya edilib.

Əsas texniki götəricilər baxımından Galaxy A23 modeli 6 nanometrlik Snapdragon 680 prosessoru, 4/6/8 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 50 MP + 5 MP + 2 MP + 2 MP dördlü arxa kamera, 8 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon OneUI 4.1 interfeysli Android 12 vasitəsilə çalışır. Galaxy A seriyasının yeni smartfonlarının hansı qiymətdə nə zaman satışa çıxacaqları barəsində məlumat daha sonra veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: