Windows 11-də daha təkmilləşdirilmiş videoredaktor istifadəyə veriləcək

260

Paint və Notepad Windows əməliyyat sisteminin yeganə ştat tətbiqləri deyillər. Sözügedən tətbiqlərdən əlavə olaraq Windows-un tərkibinə, həmçinin müxtəlif multimedia alətləri daxildir və Microsoft yaxın zamanda onlardan birini təkmilləşdirəcək. Söhbət videoların redaktə edilməsi üçün nəzərdə tutulmuş tətbiqdən gedir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yaxın zamanda primitiv Gallery funksiyalarının əvəzinə təkmilləşdirilmiş proqram alətləri istifadəyə veriləcək. Clipchamp adlı tətbiq artıq Windows 11 Insider Preview Build 22572 test versiyasında istifadəyə verilib.

Tətbiq videoların redaktə edilməsi məsələsində əsas tapşırıqların yerinə yetirilməsi üçün sadə interfeys təqdim edir. Lakin buna baxmayaraq tətbiq daha professional videoredaktorların da bəzi funksiyalarını özündə birləşdirir. Tətbiqdə reallaşdırılmış əsas yeniliklərdən biri zaman şkalasınn inteqrasiyasıdır. Həmin zaman şkalası sayəsində videonun ayrı-ayrı hissələrinin dəqiq korreksiyasını reallaşdırmaq mümkün olacaq. Əsas alətlərdən (kəsmə, bölmə, keçidlər və animasiyalı mətnlər) əlavə olaraq Clipchamp tətbiqi Microsoft-un digər platformalarının üstünlüklərindən də istifadə edə bilir.

Tətbiq videoların səsləndirilməsi üçün Azure əsaslı xüsusi generatoru dəstəkləyir. Həmin generator isə öz növbəsində mətnləri şifahi nitqə çevirir. Bundan əlavə olaraq tətbiq OneDrive inteqrasiyasına sahibdir və onun vasitəsilə lazımi materialları buludda saxlamaq olar. Qeyd etmək lazımdır ki, Windows 11-də istifadəyə veriləcək daha bir yeni tətbiq Microsoft Family olacaq. Onun sayəsində valideynlər öz ailə üzvlərini arzuolunmaz kontentlərdən qoruya və Microsoft Edge brauzerində səhifələrin baxılmasını məhdudlaşdıra biləcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: