Kənar tətbiqlər vasitəsilə canlı yayımlar: Telegram-a yeni faydalı funksiyalar əlavə edilib

395

Telegram tərtibatçıları messencer üçün böyük yenilənmə təqdim etdiklərini elan ediblər. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, messencerin əldə etdiyi yeniliklər arasında yaxşılaşdırılmış yükləmələr meneceri, yenilənmiş interfeys və messencer üzərindən təkmilləşdirilmş canlı yayım var. Beləliklə yenilənmiş yükləmələr meneceri sayəsində istifadəçilər öz aralarında 2 GB-a kimi istənilən faylların mübadiləsini reallaşdıra biləcəklər. Bundan əlavə olaraq tərtibatçılar messencerə yükləmələr bölməsini əlavə ediblər. Onun sayəsində istifadəçilər Telegram-dakı bütün yükləmələrin tarixçələrini və real zaman ərzində baş verən yükləmələrin proseslərini izləyə biləcəklər.

Messencerdə reallaşdırılmış daha bir vacib yenilik yerləşdirmə bölməsinin əlavəsidir. Belə ki, istifadəçi öz dostlarına fotoların göndərilməsi zamanı onun vasitəsilə fotoların sıralanmasını və göndərilmənin vizual görüntüsünü izləyə biləcək. Bundan əlavə olaraq daha rahat baxış üçün göndərilən fotoların yerlərini dəyişmək də mümkündür. Bütün bunlardan əlavə olaraq messencerə təkmilləşdirilmiş canlı yayımlar da əlavə edilib. Bundan sonra istifadəçi OBS və Xsplit Broadcaster kimi kənar tətbiqlər vasitəsilə messencer üzərindən canlı yayımları reallaşdıra biləcəklər. Bunun üçün istifadəçi videoçat yaratmalı və daha sonra “Start With” düyməsinə klikləyərək lazımi canlı yayım tətbiqini seçməlidir. Bütün bu yeniliklər artıq Telegram-ın Android və iOS versiyalarında aktivdirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: