Huawei şirkətinin yeni qatlana bilən smartfonu barəsində ilk məlumatlar verilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Digital Chat Station ləqəbli nüfuzlu insayder Huawei şirkətinin yeni qatlana bilən smartfonu barəsində ilk məlumatları təqdim edib. Söhbət Huawei Mate X3 smartfonundan gedir. İnsayder sözügedən smartfonun bəzi texniki özəlliklərini açıqlayıb. Beləliklə insayderin verdiyi məlumata əsasən Huawei Mate X3 smartfonu şirkətin 5 nanometrlik Kirin 9000 prosessoruna sahib olacaq. Qeyd etmək lazımdır ki, daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, smartfon iki versiyada təqdim oluna bilər və bu halda versiyalardan biri Snapdragon prosessoruna sahib olacaq.

Bunun baş verəcəyi halda smartfonun hər iki versiyası LTE modemlə təchiz olunacaq. Yəni smartfonlar 5G dəstəyinə sahib olmayacaqlar. İnsayder tərəfindən verilmiş məlumatda, həmçinin qeyd edilib ki, Huawei Mate X3 smartfonu 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və HarmonyOS 2.0.1 əməliyyat sistemi vasitəsilə çalışacaq. Gözləntilərə əsasən Huawei öz yeni qatlana bilən smartfonunu artıq gələn ay təqdim edəcək. Smartfonun digər texniki özəllikləri və onun hansı qiymətə satılacağı barəsində heç bir məlumat yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: