Tamamilə iflic olan pasient beyin implantı sayəsində danışa bilmək bacarığını geri qazanıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yan amiotrofik skleroz xəstəliyindən əziyyət çəkən kişi pasient danışa bilmək bacarığını geri qazanıb. Bu isə yeni nevroloji implantın hesabına mümkün olub. Qeyd etmək lazımdır ki, məşhur alim Stephen Hawking də bu xəstəlikdən əziyyət çəkirdi. Sözügedən xəstəlikdən əziyyət çəkən pasientin danışa bilmək bacarığını geri qaytarmaq üçün mütəxəssislər həmin xəstənin beyninin Brok sahəsinə (nitqin təşkilatından cavabdeh olan sahə) xüsusi elektrodları cərrahiyyə üsulu vasitəsilə inteqrasiya ediblər.

Elektrodların beyinə yerləşdirilməsindən sonra mütəxəssislər yozumlar üçün nəzərdə tutulmuş ən uyğun beyin siqnallarını test etməyə başlayıblar. Hərəkət barədə siqnallaşdırmanın həddindən artıq asinxron olduğu məlum olandan sonra mütəxəssislər daha uğurlu test sisteminə keçid ediblər və həmin test sistemi çərçivəsində xəstə pasient lazımi səs tonunu sərgiləyə bilib. Daha sonra sistem daha da genişləndirilib və pasient “” ilə “yox” sözlərini deməyi bacarıb. Növbəti mərhələdə isə o, ayı-ayrı hərfləri səsləndirməyi bacarıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: